“Oba Market” MMC-yə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, marketlər şəbəkəsi barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 447.0.2-ci (Saxlama müddəti ötmüş məhsulların satılmasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Salyan Rayon Məhkəməsində hakim Ənnağı Məmmədlinin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, “Oba Market” dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
