Məzmuna keç

“Avromed Company” cərimələnə bilər

"Avromed Company" QSC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nizami Rayon Məhkəməsində hakim Rauf Əhmədovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Avromed Company" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə