Məzmuna keç

Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan zəlzələnin fəsadlarının aradan qaldırılması ilə bağlı göstərdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib.

E-huquq.az xəbər verir ki, o, bunu "Twitter" səhifəsində yazıb.

“Sizin dərdiniz bizim dərdimizdir” deyən azərbaycanlı qardaşlarımızı unutmayacağıq. Humanitar yardıma, xüsusən də axtarış-xilasetmə qrupları göndərdiyinə görə Azərbaycana və əziz dostum Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”, – paylaşımda qeyd edilib.