Məzmuna keç

Bu ay 104 Çağrı mərkəzinə 66 mindən çox müraciət daxil olub

Cari ilin fevral ayı ərzində “Azəriqaz” İstehsalat Birliyinin 104 Çağrı mərkəzinə 66 515 müraciət daxil olub.

E-huquq.az xəbər verir ki, bu barədə Birliyin Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək "Açıq qapı" aksiyasında məlumat verib.

Onun sözlərinə görə, müraciətlərin 46 075-i Bakı şəhəri, 10 127-si Abşeron, 1 218-i Sumqayıt şəhəri, 9 095-i isə regionlar üzrə qeydə alınıb.

Şöbə rəisi deyib ki, Bakı şəhəri üzrə qaz sızması ilə bağlı 2 240, qaz təyziqi ilə bağlı 3 053, sayğaclarla bağlı isə 19 230 müraciət daxil olub.

Eltac Nururllazadə