Məzmuna keç

Diş klinikası sertifikasiyadan keçməyən işçi işlətməkdə günahlandırılır

"Dental Türkən" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, klinika barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılması) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Binəqədi Rayon Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Dental Türkən" altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə