Şəmkir rayonun Zəyəm Cırdaxan kənd sakini, 1959-cu il təvəllüdlü Əntiqə Məmmədovanın yaşadığı evdə üzərində xəsarət əlamətləri olan meyiti aşkarlanıb.
E-huquq.az xəbər verir ki, hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin və Rayon Prokurorluğunun əməkdaşları cəlb olunub.
Faktla bağlı polis əməkdaşları tərəfindən zəruri istintaq-əməliyyat tədbirləri aparılır.
Mənbə: Report
