Məzmuna keç

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Həftəsonu yol qəzalarında 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb

Daxili İşlər Nazirliyi şənbə və bazar günləri baş verən cinayət faktları və hadisələr haqqında statistik məlumat açıqlayıb.

E-huquq.az xəbər verir ki, iki gün ərzində törədilən 32 cinayətin üstü “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Avtomobil yollarında 8 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 12 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli13 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb.