Məzmuna keç

Yevlaxda istismar müddəti başa çatan qaz xətləri yenilənir –

Abonentlərin dayanıqlı və fasiləsiz şəkildə təbii qazla təmin edilməsi istiqamətində SOCAR "Azəriqaz İstehsalat Birliyi tərəfindən daim işlər görülür.

E-huquq.az xəbər verir ki. Yevlax rayonunun Qoyunbinəsi kəndində də uzun illər istismarda olan qaz xətlərinin yenilənməsi işləri icra olunur.

26 km uzunluğunda qaz xəttinin çəkilişi başa çatdıqdan sonra 515-dək faktiki abonentin qaz təchizatı xeyli yaxşılaşdırılacaq.

Bundan əlavə, ətrafda salınan yeni yaşayış massivlərinin də mavi yanacağa olan tələbatı tamamilə ödəniləcək.