Məzmuna keç

QMİ sədri: “Dünya Xocalı soyqırımından dərs çıxarmalıdır”

"Biz Xocalı faciəsini heç vaxt unutmuruq. Bütün məscidlərdə Xocalı soyqırımının qurbanları yad edilib, namazlar qılınıb, onların ruhuna dualar oxunub".

E-huquq.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dünya ictimaiyyətinə Xocalı soyqırımı ilə bağlı həqiqətlər çatdırılır: "Dini konfessiyalar birlikdə dünya ictimaiyyətinə ünvanladığımız bəyanatımız da olub. İnanıram ki, dünya ictimaiyyəti bu faciədən dərs çıxaracaq və bu faciə kimi hadisələr bir daha baş verməyəcək".

Eltac Nurullazadə