Məzmuna keç

Lavrovun Azərbaycana planlaşdırılan səfəri ilə bağlı Ceyhun Bayramovdan

"Gələn həftənin əvvəli Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri planlaşdırılır. Səfər çərçivəsində danışıqlarımız olacaq. Bilirsiniz ki, Rusiya-Azərbaycan gündəliyi genişdir, hər zaman yığılmış məsələlər var ki, onları vaxtaşırı müzakirə etməyə ehtiyac var".

E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu görüş yaxşı fürsət olacaq: "İkitərəfli münasibətlərimizə əlavə olaraq bölgədəki məsələlər də müzakirə predmeti olacaq”.

Eltac Nurullazadə