"Aksiya başlayandan bu günə qədər 3 mindən artıq nəqliyyat vasitəsinin Laçın-Xankəndi yolundan keçməsinə şərait yaradılıb".
E-huquq.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, həmin nəqliyyat vasitələrinin böyük əksəriyyəti sülhməramlılara məxsus yük avtomobilləri olub.
Nazir qeyd edib ki, Azərbaycan dövləti humanitar böhranın yaranmaması üçün əlindən gələni edir.
XİN başçısı bildirib ki, BQXK ilə də gündəlik ünsiyyətdədirlər: "Azərbaycan cəmiyyəti bilsin ki, bizim görüşlərimiz mütəmadi keçirilir. Azərbaycan dövləti Beynəlxalq Qırmızı Xaç Komitəsinin fəaliyyəti üçün hər cür dəstək göstərir".
Eltac Nurullazadə
