"Qadınların məişət zorakılığına məruz qalması ilə əlaqədar konkret faktlarla bağlı məsələlər məqamı gəldikdə açıqlanır. Əmin olun ki, dövlət orqanları bu kimi heç vaxt hadisələrə biganə qalmır və hər kəs öz üzərinə düşəni vəzifəni yerinə yetirməyə çalışır".
E-huquq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, cəmiyyət məişət zorakılığı ilə bağlı məsələlərdə vahid mövqe sərgiləməlidir.
“Qadın, uşaq öz evində, öz yaxınları tərəfindən zorakılığa məruz qalmamalı, həyatına qəsd edilməməlidir. Bu, bizim qarşımızda duran hədəfdir. Çox təəssüf ki, bu hədəfə çatmaq yolunda bir sıra maneələr var", – deyə Komitə sədri qeyd edib.
Eltac Nurullazadə
