Məzmuna keç

Nazir: “Valideynlər 8 Martda müəllimlərə bahalı hədiyyələr verməkdən imtina etməlidirlər”

"Valideynlər 8 Martda müəllimlərə bahalı hədiyyələr verməkdən imtina etməlidirlər. Onlar müəllimləri maddi dəyəri yox, mənəvi dəyəri böyük olan hədiyyələrlə təbrik etsələr, daha yaxşı olar".

E-huquq.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

O bildirib ki, əgər hər hansı valideyn müəllimə hədiyyə alınması üçün pul verməyə məcbur edilsə, bu halda nazirliyə bununla bağlı şikayət etməlidir: "O zaman nazirlik olaraq biz də araşdırma aparırıq. Bəzi hallarda bunun təşəbbüskarı bir valideyn qrupu olursa və digər valideyn qrupu ondan şikayət edirsə, bu zaman biz müdaxilə edə bilmirik. Bu ənənə daha çox davranış problemidir. Bunu dəyişməliyik".

Eltac Nurullazadə