Məzmuna keç

Prezident İlham Əliyevin adından Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə görüşünün iştirakçılarının şərəfinə ziyafət verildi

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə iştirak edən dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin şərəfinə ziyafət verilib.

E-huquq.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.

Qedye dək ki, bu gün Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçirilib.