2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyinin satdığı təbii qazın pulunun yığım səviyyəsi 98,6 % təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyasında deyib.
O, abonentlərə təşəkkür edib: "Aparılan maarifləndirmə işləri nəticəsində abonentlərimizdə istehlak olunan qaza görə ödənişlərin vaxtında ödənilməsi vərdişi formalaşıb. Biz onların hər birinə təşəkkür edirik. Bu, bizim məsuliyyətimizi daha da artırır. Birlik olaraq bundan sonra abonentləri fasiləsiz və təhkükəsiz qaz təchizatı ilə təmin etməyə çalışacağıq".
Lalə Salmanova
