Məzmuna keç

Xerson atəşə tutulub, ölən və yaralananlar var

"Rusların Xerson vilayətini atəşə tutması nəticəsində bir nəfər həlak olub, iki nəfər yaralanıb".

E-huquq.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

"Berislavski rayonunun Tomarino kəndi yaxınlığında ruslar traktor sürücüsünü atəşə tutublar. 33 yaşlı zərərçəkən hərbçilər tərəfindən ən yaxın tibb müəssisəsinə aparılıb. Lakin həkimlər onun həyatını xilas edə biləyib", – deyə məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, Kaxovka rayonunun Kazatskoe kəndinin atəşə tutulması nəticəsində iki nəfər yaralanıb.

Lalə Salmanova