Azərbaycan Respublikasının Ali Məhkəməsi süni intellektin məhkəmə sisteminə inteqrasiyası və bu istiqamətdə aparılan işlərin effektivliyinin yüksəldilməsi və inkişafı məqsədilə hüquq ictimaiyyətini və vətəndaş cəmiyyətini əməkdaşlığa dəvət edir.
E-huquq.az-ın əldə etdiyi məlumata görə, bununla əlaqədar olaraq, məhkəmələr, maraqlı qurumlar və şəxslər təkliflərini [email protected] elektron poçt ünvanına göndərə və Ali Məhkəmənin internet səhifəsində qeydiyyatdan keçməklə hər həftənin cümə günü saat 15:00-da Ali Məhkəmə Aparatının Elektron məhkəmə və informasiya texnologiyaları şöbəsinin rəhbərliyinin iştirakı ilə təşkil ediləcək müzakirələrdə iştirak edə bilərlər.
Qeydiyyat: https://supremecourt.gov.az/siteform/opendays
Eltac Nurullazadə
