Məzmuna keç

Metroda sərnişinlərin mobil telefonlarını oğurlamaqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılır

Metroda sərnişinlərin mobil telefonlarını oğurlamaqda təqsirləndirilən Təbriz Qarayusiflinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Hakim Babək Pənahovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 17-nə təyin olunub.

Qeyd edək ki, əvvəllər məhkum olunmuş T.Qarayusifli metro stansiyalarında 2 sərnişinin mobil telefonlarını oğurlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə