Abşeronda mağazanın qarşısından avtomobil ehtiyat hissələri oğurlamaqda təqsirləndirilən Ənvər İmaməliyev və Nadir Səmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.
Hakim Sevinc Quliyevanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ə.İmaməliyev və əvvəllər məhkum olunmuş N.Səmədov Xırdalan şəhəri ərazisindəki ticarət mərkəzlərindən birindəki mağazanın qarşısından 23 000 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlanmaqda ittiham olunurlar. Hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
