Hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Mehdi Abaszadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 31-nə təyin olunub.
Qeyd edək ki, M.Abaszadə paytaxtın Zahid Xəlilov küçəsindəki köşklərdən birində əlindəki alətlə satıcını hədələyərək kassadan 600 manat pulu ələ keçirməkdə şübhəli bilinirək saxlanılıb. Aparılan araşdırmalar zamanı M.Abaszadənin dəfələrlə analoji əməllər törətməsi müəyyən olunub. Onun barəsində Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
