Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Anar Mamedovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim İslam Neymanovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə Hindarx qəsəbəsində yaşayan A.Mamedov saxlanılıb. Üzərində aparılan şəxsi baxış zamanı ondan təmiz çəkisi 415 qram olan güclü təsiredici xassəyə malik heroin aşkar edilərək götürülüb. A.Mamedov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
