Məzmuna keç

Xaçmazda tanışını bıçaqlamaqda təqsirləndirilən şəxsin ibtidai istintaqı başa çatdı

Xaçmazda tanışını bıçaqlamaqda təqsirləndirilən Etibar Ramazanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İşə hakim Aynur Rzayevanın sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlı iclası martın 14-nə təyin olunub.

Qeyd edək ki, Etibar Ramazanov şəxsi münasibətlər zəmnində tanışı İ.Osmanovu bıçaqlamaqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə