Salyanda taksi sürücüsünü qətlə yetirməkdə təqsirləndirilən Müşviq İskəndərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İşə hakim Neymət Məmmədovun sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası martın 16-na təyin olunub.
Qeyd edək ki, hadisə ötən ilin noyabrın 18-də baş verib. 1975-ci il təvəllüdlü M.İskəndərov sərnişin kimi mindiyi taksinin sürücüsü 1957-ci il təvəllüdlü E.Məmmədovu aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. M.İskəndərova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
