Məzmuna keç

Məhkəmə təmir etdiyi avtomobili qaçırmaqda şübhəli bilinən şəxslə bağlı qərar verəcək

Bakıda təmir etdiyi avtomobili qanunsuz olaraq ələ keçirməkdə təqsirləndirilən Qurban Əhmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

Hakim Nigar Qədirlinin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, paytaxtın Nizami rayonu ərazisindəki sexlərdən birində usta işləyən Q.Əhmədov təmir etdiyi “Lexus” markalı avtomobili qaçırmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə itiham irəli sürülüb.

Eltac Nurullazadə