Məzmuna keç

Mərkəzi Bank məhkəməyə verildi

"Müslüm İ" MMC Mərkəzi Bankı məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, Mərkəzi Banka qarşı inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar iddia irəli sürülüb.

İddia Şirvan İnzibati Məhkəməsində hakim Amilya Hüseynovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə