Məzmuna keç

Məhkəmə piyadanın ölümündə təqsirləndirilən şəxslə bağlı bəraət qərarını qüvvədə saxladı

Bu gün Bakı Apellyasiya Məhkəməsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Kazım Zərbiyev barəsindəki qərardan prokurorluq tərəfindən verilən protest üzrə məhkəmə prosesi başa çatıb.

Bu barədə e-huquq.az-a vəkil Əli Hüseynov məlumat verib. Onun sözlərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, məhkəmə prokurorun protestini təmin etməyib və bəraət qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, hadisə 2021-ci il avqust 7-də Yasamal rayonunda baş verib. Belə ki, sürücü Vəli Qasımov idarə etdiyi avtomobillə 13 yaşlı Nurlan Baxışovu vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib. Yasamal Rayon Məhkəməsinin hökmü ilə V.Qasımov isə 5 il 1 ay azadlıq məhrum edilib. Digər təqsirləndirilən şəxs K.Zərbiyevə isə Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tam bəraət verilib.

Eltac Nurullazadə