Məzmuna keç

“Milli Məhkəmə Müsabiqəsi: Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirildi –

Martın 9-da Naxçıvan Dövlət Universitetində ELSA Azərbaycan tərəfindən ilk dəfə Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Naxçıvan Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində “Milli Məhkəmə Müsabiqəsi:Naxçıvan” səhnələşdirilmiş məhkəmə müsabiqəsi keçirilib.

E-huquq.az xəbər verir ki, müsabiqə Naxçıvan Dövlət Universiteti rektoru Elbrus İsayev, Vəkillər Kollegiyasının sədri Anar Bağırov, ELSA Azərbaycanın Prezidenti Rəhim Abasov nitqləri ilə açıq elan olunub.

Müsabiqədə ittihamçı tərəf qismində və müdafiəçi tərəf qismində Naxçıvan Dövlət Universiteti 3-cü və 4-cü kurs tələbələri çıxış ediblər.

Komandaların çıxışları hakimlər tərəfindən qiymətləndirilib. Qiymətləndirilmə nəticəsində İttiham komandasının üzvləri İsmayılzadə Nazlı, Axundzadə Billurə qalib elan olunub, Müdafiə komandasının üzvləri Məmmədova Billurə və Seyidova Mehriban isə ikinci yerə layiq görülüblər.

Müsabiqənin sonunda qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, müsabiqənin qaliblər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının maddi dəstəyi ilə ELSA Azərbaycan tərəfindən təşkil olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışında iştirak edəcək.