Məzmuna keç

Məhkəmə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən şəxsə bəraət verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

E-huquq.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, V.Məmmədovun təqsiri sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilərək barəsində seçilmiş həbs qismində qətimkan tədbiri ləğv edilib. V.Məmmədov məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən V.Məmmədov tutularkən ona fiziki və psixoloji zor tətbiq olunması yolu ilə sübutların əldə edilməsi, tutulma vaxtı ilə ondan narkotik vasitələrin aşkar edilməsi vaxtının üst-üstə düşməməsi, əməliyyat-axtarış tədbirlərinin qanunsuz keçirilməsi və digər pozuntular bəraət hökmünün çıxarılmasına əsas olub.

Eltac Nurullazadə