Məzmuna keç

Penitensiar Xidmətin mətbuat katibi vəfat etdi

Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov vəfat edib.

E-huquq.az xəbər verir ki, o, bu gün səhər saatlarında 59 yaşında ürəktutmadan dünyasını dəyişib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Mehman Sadıqovun vəfat etməsini təsdiqləyiblər. Bildirilib ki, 1963-cü il təvəllüdlü Mehman Sadıqov səhər saatlarında qəflətən dünyasını dəyişib.