Məzmuna keç

Gömrük Komitəsi “Metak” şirkətinə cərimə yazdı

Dövlət Gömrük Komitəsi "Met-ak" MMC-yə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədəİnzibati Xətalar Məcəlləsinin 485.2-ci ( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Nərimanov Rayon Məhkəməsində hakim Hafiz Kamranovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunarsa, "Met-ak" inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə