Göygöl rayonunda əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən Mürşüd Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi matetialları baxılması üçün Göygöl rayon Məhkəməsinə göndərilib.
Hakim Qələmdar Abbasovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, Göygöl Rayon Polis Şöbəsinə rayonun Yeni Zod kənd sakini M.Əliyevin rayon ərazisindəki kafelərin birində əxlaqsız yuvası təşkil etməsi barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində M.Əliyev, eləcə də həmin kafedə işləyən bir qadın və bir müştəri saxlanılaraq, Göygöl RPŞ-yə gətirilib. M.Əliyevə qarşı Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə ittiham irəli sürülüb.
Eltac Nurullazadə
