Beynəlxalq səviyyədə Almaniya öz fikrini bildirdi və Dağlıq Qarabağı respublika kimi tanımadı. Yəni, bununla da öz mövqeyini ortaya qoydu.
E-huquq.az xəbər verir ki, bu sözləri Almaniya Kansleri Olaf Şolts Berlində Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi mətbuat konfransında müvafiq sualı cavablandırarkən söyləyib.
