Məzmuna keç

Ləğv prosesində olan bank “AAAF İnşaat” şirkətini məhkəməyə verdi

Ləğv prosesində olan “Texnikabank” "AAAF İnşaat" şirkətini məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkətə qarşı zaminlik müqaviləsi üzrə tələb irəli sürülüb.

İşə Bakı Kommersiya Məhkəməsində hakim Nərmin Əhmədovanın sədrliyi ilə baxılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə