"Araz Supermarket" şəbəkəsinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsnin 447.0.1-ci (mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Araz Supermarket" dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
