Məzmuna keç

Bakıda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən polis hakim qarşısına çıxarılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Emil Əsədullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məılum deyil.

Qeyd edək ki, hadisə ötən ilin dekabrın 30-da Bakı-Ələt magistralının Qaradağ rayonunun Qobustan qəsəbəsindən keçən hissəsində baş verib. E.Əsədullayevin idarə etdiyi “VAZ” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı yük maşınına çırpılıb.Nəticədə “VAZ”da olan sərnişin Zərqulu Mirzəliyev aldığı xəsarətlərdən dünyasını dəyişib. Səbail Rayon Polis İdarəsinin əməkdaşı, polis serjantı olan sürücü E.Əsədullayev barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə