Bakıda oğurluq etməkdə təqsirləndirilən Emin Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Nəriman Mehdiyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı martın 29-na təyin olunub.
Qeyd edək ki, E.Əliyev Nizami rayonu ərazisindəki mağazaların birində Bakı şəhər sakini olan S.Əliyevanın içərisində 6800 manatı, sənəd və ev açarları olan çantasının oğurlanmaqda ittiham olunur. Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılan əvvəllər məhkum olunmuş E.Əliyev barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılıb.
Eltac Nurullazadə
