Məzmuna keç

Naxçıvanda nazir işdən çıxarıldı, yerinə təyinat var

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev vəzifəsindən azad olunub.

E-huquq.az xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Naxçıvan MR əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Canməmməd Canməmmədov da vəzifəsindən azad olunub.

Sabiq nazir Nicat Babayev nazir müavini vəzifəsinə təyinat alıb.

Digər sərəncamla Ceyhun Cəlilov Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.

O, əvvəllər Bakıda DOST Agentliyinin İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Naxçıvan Muxtar Respublikasına səfər edib.