Milli Məclisin yaz sessiyası üçün nəzərdə tutulan növbəti plenar iclası başlayıb.
E-huquq.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.
Belə ki, parlamentin bugünkü iclasında Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.
İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri iştirak edir.
Baş nazir hökumətin 2022-ci ildəki hesabatını deputatlara təqdim edəcək.
