Ötən il qlobal geosiyasi gərginlik və Rusiya-Ukrayna müharibəsi səbəbindən dünya iqtisadiyyatında baş verən dəyişikliklərə baxmayaraq Azərbaycanda iqtisadi artım davam edib.
E-huquq.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki fəaliyyəti ilə bağlı hesabatını təqdim edərkən bildirib.
"2022-ci ildə ölkədə 133,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub, il ictimai həyatın bütün sahələrində aparılan islahatlarla yadda qalıb", – deyə o qeyd edib.
"Hazırda valyuta ehtiyatlarımız 62,5 milyard ABŞ dollarıdır", – deyə hökumət başçısı əlavə edib.
