Məzmuna keç

MN: Sülhməramlı kontingentin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi qəbuledilməzdir

Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə hərbi daşımaların həyata keçirilməsi üçtərəfli Bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu, qəbuledilməzdir.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlı kontingentinin qanunsuz daşımaları müşayiət etməsi barədə xəbərində bildirilir.

“Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını labüd edir”, – Müdafiə Nazirliyindən bildirilib.