Məzmuna keç

Çin şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə yazıldı

"Xinjiang Xishengnong Import and Export Trade Co., Ltd" şirkətinin Azərbaycandakı nümayəndəliyinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakim Sülhanə Hacıyevanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "Xinjiang Xishengnong Import and Export Trade Co., Ltd" üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilə bilər.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə