Məzmuna keç

Bakıda inşaat şirkəti cərimələndi

"AKC İnşaat" şirkətinə cərimə yazılıb.

E-huquq.az-ın məlumatına görə, şirkət barədə aidiyyəti qurum yərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.

İşə Sabunçu Rayon Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baxılacaq.

Protokol təsdiq olunsa, "AKC İnşaat" üç yüz manat məbləğində cərimə ediləcək.

Eltac Nurullazadə