Məzmuna keç

Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücünün məhkəməsi başlayır

Biləsuvarda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nəcəf Əsədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materiaları baxılması üçün Biləsuvar Rayon Məhkəməsinə göndərilib.

İşə hakim Rəfayil Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 6-na təyin olunub.

Qeyd edək ki, hadisə ötən ilin dekabrında Aranlı kəndində baş verib. Belə ki, 1998-ci il təvəllüdlü N.Əsədli idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1948-ci il təvəllüdlü Ayaz Əliyevin idarə etdiyi “İJ” markalı motostikl toqquşub. Xəstəxanaya çatdırılan A.Əliyev orada ölüb. N.Əsədliyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Eltac Nurullazadə