Azərbaycan Tibb Universitetinə cərimə yazılıb.
E-huquq.az-ın məlumatına görə, universitet barədə İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İşə hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunsa, Azərbaycan Tibb Universiteti üç yüz manat məbləğində cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Eltac Nurullazadə
