Məzmuna keç

Baş nazirin tapşırığı ilə dərmanlarla bağlı layihə hazırlanır

Baş nazir Əli Əsədov tapşırıq verib, dərman vasitələri ilə bağlı müvafiq qurumlar tərəfindən layihə hazırlanır.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O qeyd edib ki, məsəd dərman vasitələrinin ölkəyə gətirilməsinin sadələşdirilməsi, bürokratik əngəllərin aradan qaldırılmasıdır.

“Şübhəsiz ki, bundan sonra dərmanların ucuzlaşmasını görmək olar”, – deyə Ə.Əmiraslanov əlavə edib.