Məzmuna keç

Ədliyyə işçiləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər – FOTOSESSİYA

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları 22 noyabr - ədliyyə işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi və əməkdaşları 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

E-huquq.az xəbər verir ki, ədliyyə naziri Fikrət Məmmədov, Ali Məhkəmənin sədri Ramiz Rzayev və nazirliyin struktur-idarə rəhbərləri Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə güllər qoyulub.

Daha sonra Şəhidlər xiyabanını ziyarət edən ədliyyə naziri Fikrət Məmmədov və nazirliyin əməkdaşları Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini anıblar, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.