Məzmuna keç

Firma “Azərsu”yu məhkəməyə verdi

"Kirs" Firması "Azərsu" ASC-ni məhkəməyə verib.

E-huquq.az-ın məlumatına görə, şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edərək "Azərsu"ya qarşı podrat müqaviləsi üzrə tələb irəli sürüb.

İddia hakim Ülkər Həsənovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Eltac Nurullazadə