Məzmuna keç

Mehriban Əliyeva 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.

E-huquq.az-ın xəbərinə görə, paylaşımda deyilir:

"Xalqımıza qarşı törədilmiş cinayətləri unutmayacağıq və tariximizin təhrif olunmasına heç vaxt imkan verməyəcəyik! Allah bütün şəhidlərimizə rəhmət eləsin".