Məzmuna keç

Kürdəmirdə mal-qara oğurlayan dəstə üzvlərinin məhkəməsi başlayır

Kürdəmirdə oğurluq etməkdə təqsirləndirilən Müşfiq Quliyev, Nazim İsmayılov və Nail Qənbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilib.

Hakim Müseyib Bayramovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2021-ci ilin iyul və noyabr aylarında M.Quliyev və N.Qənbərov həmkəndliləri N.İsmayılovla birlikdə qabaqcadan əlbir olaraq rayonun Bağman və Böyük Kəngərli kəndləri ərazisində yerləşən iki təsərrüfatdan ümumilikdə 10 xırdabuynuzlu heyvan oğurlamaqla zərərçəkmişlərə maddi ziyan vurublar. Həmin heyvanları isə dəstə üzvləri dəyərindən ucuz qiymətə sataraq əldə etdikləri pulları öz aralarında bölüblər. Dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Eltac Nurullazadə