Məzmuna keç

Avtomobillə 8 yaşlı uşağı vuraraq öldürən sürücü hakim qarşısına çıxarılır

Göyçayda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Elçin Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Nahid Mirzəyevin sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik mlum deyil.

Qeyd edək ki, E.Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Göyçay şəhəri ərazisində hərəkətdə olarkən yolu keçən piyada, 2014-cü il təvəllüdlü N.Qurbanzadəni vurub. Xəstəxanaya yerləşdirilən azyaşlı orada ölüb. E.Hüseynova qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi üzrə ittiham irəli sürülüb.

Eltac Nurullazadə